Bank soymaq üçün qazdığı tuneldə qaldı

Bank soymaq üçün qazdığı tuneldə qaldı
  13 Avqust 2022    Oxunub:1622
Romada xilasedicilər öz qazdığı tuneldə ilişib qalan kişini çıxarıblar.
O, səkkiz saat altı metr dərinlikdə çökmüş tuneldə qalıb. Polisin məlumatına görə, xilas edilən şəxs şərikləri ilə birlikdə işləməyən mağazadan yeraltı keçid qazmağa başlayıb. Məqsəd avqustun 15-də bayram günü bağlı olacaq bankı qarət etmək olub.

Qonşuluqda yaşayan italiyalı jurnalistlərə bu barədə danışıb. “Heç kim mağazada baş verənlərə əhəmiyyət vermirdi, çünki mağaza icarəyə götürülüb. Hamı da elə bilirdi ki, təmir işləri gedir. Hər hansı qəribə səs-küy də yox idi”, - deyə o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti