Qlobal iqlim dəyişikliyinin qarşısı alına bilər

   Qlobal iqlim dəyişikliyinin qarşısı alına bilər
  15 Avqust 2022    Oxunub:1505
Massaçusets Texnologiya İnstitutunun alimləri “kosmos qabarcıqları”nın köməyi ilə Yeri Günəşdən qorumağın yolunu tapıblar.
Bu barədə universitetin rəsmi saytında məlumat verilib. Tədqiqatçılar qabarcıqlara bənzəyən nazik membranlardan ibarət sal yaratmağı təklif ediblər. Onunla planeti Yer səthinə çatan böyük miqdarda Günəş işığından qorumaq və bununla da planetin iqlimini dəyişən istixana qazları problemini həll etmək nəzərdə tutulur.

Membranlar Günəş işığının bir hissəsini əks etdirəcək və ya udacaq. Komanda iddia edir ki, Yerə çatan Günəş işığının miqdarı cəmi 1,5% azalarsa, bu, antropogen istixana qazlarının emissiyalarının təsirini tamamilə aradan qaldırar.

Hələlik bu sadəcə bir ideyadır və elm adamları bu qabarcıqların nədən hazırlanacağını, kosmosa necə göndəriləcəyini və necə işləyəcəyi üzərində iş aparırlar.


AzVision.az



Teqlər:





Xəbər lenti