Yantsızıda 157 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Yantsızıda 157 ilin ən aşağı su səviyyəsi qeydə alınıb
  16 Avqust 2022    Oxunub:1299
Çinin şərq və şimal bölgələrində anomal isti hava höküm sürür. AzVision.az xəbər verir ki, quraq hava Avrasiya materikinin ən sulu və uzun çayı Yantsızıda suyun səviyyəsini aşağı salıb. Çayda 157 ilin ən aşağı su səviyyəsi qeydə alınıb.
Çində müəyyən nöqtələrdə çayların vəziyyətinin izlənildiyi və müntəzəm su səviyyəsinin ölçüldüyü stansiyalarda istilərlə əlaqədar artan su probleminə diqqət çəkilib.

“Science and Technology Diary”nın xəbərinə görə, çayın Hubey əyalətinin mərkəzi olan Uhan şəhərindən keçən hissəsində suyun səviyyəsi 17,54 metr enib.
AzVision.az



Teqlər:





Xəbər lenti