Notbukları xarab edən mahnı

   Notbukları xarab edən mahnı
  19 Avqust 2022    Oxunub:1503
Notbukları xarab edən mahnının adı açıqlandı – VİDEO
“Microsoft”un rəsmi bloqunda notbukları sözün əsl mənasında “öldürən” mahnıdan bəhs edilib. Bu hadisə “Windows XP” dövründə yaşanıb.
Bildirilir ki, nəhnəg istehsalçılardan biri tanınmış amerikalı müğənni Canet Ceksonun “Rhythm Nation” klipinin kompüterdə işə salınandan sonra onların sıradan çıxdığını və sərt disklərinin xarab olduğunu müəyyən edib. Özü də təkcə klipin işə salındığı cihaz deyil, müəssisədə yerləşən digər notbuklar da sıradan çıxıb.

Sonradan məlum olub ki, buna səbəb mahnının səs tezlikləri olub. Onun tezliyi 5400 dövr/dəqiqə sürətli sərt disklərin bəzi modelləri ilə rezonansa girirdi.

Səbəb tapıldıqdan sonra istehsalçı şirkət bu problemi həll etməyin yolunu tapır. Belə ki, audikodekə arzuolunmaz tezlikləri “silən” xüsusi filtr əlavə edilir.

Qeyd edək ki, “Rhythm Nation” treki Canet Ceksonun “Janet Jaksons Rhythm Nation 1814” studiya albomundandır. Dominik Senanın rejissoru olduğu musiqili videonun premyerası 1989-cu ildə olub.

AzVision.az


Teqlər:





Xəbər lenti