YAP Gülər Əhmədovanı müdafiə etdi

YAP Gülər Əhmədovanı müdafiə etdi
  06 May 2014    Oxunub:1130
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı sabiq millət vəkili Gülər Əhmədovanın azadlığa çıxmasına münasibət bildirib.
M. Qurbanlı AzVision.az-a açıqlamasında məhkəmənin qərarına alqışla yanaşdığını bildirib.

“Məhkəmənin qərarına hörmətlə yanaşırıq.Məhkəmə də müəyyən məsələləri nəzərə alaraq,Gülər Əhmədovanı azad etdi. Nə deyə bilərəm ki? Qadının həbsdə olmasını heç kim istəməz, xüsusilə Gülər Əhmədovanın azyaşlı övladı var. Həm də deputat olub. Gülər Əhmədovanın azadlıqda olması bir qadın kimi, keçmiş deputat həmkarı kimi bizim tərəfimizdən müdafiə olunur. Məhkəmə hökm verib, məhkəmə hökmü isə müazkirə olunmur.

Qeyd edək ki,dünən Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti