ABŞ və İsrail Hərbi Hava Qüvvələri birgə təlim keçirib - VİDEO

   ABŞ və İsrail Hərbi Hava Qüvvələri birgə təlim keçirib -    VİDEO
  06 Mart 2025    Oxunub:476
ABŞ və İsrailin Hərbi Hava Qüvvələri "müxtəlif regional təhlükələrin qarşısını almaq bacarıqlarını artırmaq məqsədilə" birgə koordinasiyalı əməliyyat təlimi həyata keçirib.
İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, həftə ərzində baş tutan təlimlərdə İsrailə məxsus "F-15I" "F-35I" qırıcıları və ABŞ-yə məxsus "B-52" bombardmançı təyyarəsi iştirak edib.
"ABŞ terror qruplarına qarşı siyasətini dəyişir"

"Təlim bir sıra mümkün ssenari fonunda əlaqəni genişləndirmək, inteqrasiya imkanlarını artırmaq və qüvvələr arasında uzunmüddətli əməkdaşlığı gücləndirib saxlamaq məqsədi daşıyır", - məlumatda deyilir.

"Times of Israel" qəzeti yazır ki, bu təlim İsrailin ABŞ-lə birgə İrana potensial hücumundan xəbər verir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   təlim   İran  





Xəbər lenti