Polşa “gürcü quldur dəstə”lərini ölkədən çıxarır

Polşa “gürcü quldur dəstə”lərini ölkədən çıxarır
  06 Mart 2025    Oxunub:464
Polşanın baş naziri Donald Tusk saxlanılan şəxslərin sərhədçilərin müşayiəti ilə təyyarəyə mindiklərini əks etdirən video yayımlayıb.
AzVision.az xəbər verir ki, Polşanın “PAP” agentliyi belə məlumat yayıb.

“Deportasiyalar başlayıb. Biz faktiki olaraq gürcü quldur dəstələrini dağıdırıq. Sözlərlə deyil, əməllərlə”, - Donald Tusk yazıb.

Polşanın Daxili İşlər nazirinin müavini Veslav Şepanski cinayət törətmək üçün bir nəfərin də ölkəyə gəlməsinə Varşavanın dözməyəcəyinə əmin edib. O, qanunla münaqişəyə girən əcnəbilərin bu həftə ölkədən çıxarılması proseduruna başlanılacağını bildirib.

- Martın 5-də 17 Gürcüstan vətəndaşı Balise hava limanından hərbi təyyarə ilə sərhəd zabitlərinin müşayiəti altında Polşanı tərk edib”, - Polşa Sərhəd Mühafizəsinin Ali Baş Komandanının mətbuat katibi polkovnik-leytenant Ancey Yujvyak mətbuat konfransında açıqlayıb.

Bu şəxslər 24-58 yaş arasında olan kişilərdir. Onlar əcnəbilər üçün mühafizə olunan saxlama mərkəzlərindən, o cümlədən Kentşin, Byala-Podlyaski, Peremışl və Leşnovolidən aparılıblar.

Əslində, məhz Gürcüstan hökumətinin kollektiv Qərbin təzyiqlərinə boyun əyməməsindən sonra rəsmi Varşavanın "gürcü quldur dəstələri"nin Polşadan çıxarlması proseduruna başlaması heç də təsadüfə bənzəmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   gürcülər   deportasiya  





Xəbər lenti