Xalq artisti prezidentə məktub yazdı

Xalq artisti prezidentə məktub yazdı
  06 May 2014    Oxunub:1105
Azərbaycanın Xalq artisti, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə Prezident İlham Əliyevə məktub yazıb.
AzVision.az-ın məlumatına görə, Xalq artistinin məktubunda qeyd edilib:

“Möhtərəm cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Sizin Azərbaycan milli incəsənəti və mədəniyyəti yolunda keçdikləri yaradıcılıq fəaliyyətləri ilə bağlı Filarmoniyanın bir qrup əməkdaşına göstərdiyiniz etimada – onları Prezident mükafatına layiq gördüyünüzə görə Sizə şəxsən öz adımdan və rəhbərlik etdiyim kollektivin bütün üzvləri adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mədəniyyət işçilərinə göstərdiyiniz diqqət bir daha sübut edir ki, Siz həqiqətən mədəniyyətimizin böyük hamisi və qayğıkeşisiniz.
Bütün dünyada sayılıb seçilən, adı xarici ölkələrdə hörmətlə çəkilən, nüfuzlu siyasi xadim kimi tanınan və qəbul edilən bir şəxsiyyətin davamçısı olaraq Sizin Filarmoniyanın əməkdaşlarını Prezident mükafatına layiq görməyiniz bizi daha da ruhlandırır və böyük uğurlar qazanmağa sövq edir.

Hörmətli cənab Prezident! Sizə cansağlığı, uzun ömür arzulayır, bir daha minnətdarlığımı bildirir və müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizdə sonsuz uğurlar arzulayıram”.

AzVision.az


Teqlər:  





Xəbər lenti