"Rusiyadan asılılığa son qoymuşuq" - Borel

   "Rusiyadan asılılığa son qoymuşuq" -    Borel
  22 Yanvar 2023    Oxunub:986
Avropa diplomatiyasının rəhbəri Cozef Borel bildirib ki, Avropa İttifaqı Rusiyadan enerji asılılığını aradan qaldıra bilib. O qeyd edib ki, enerji qiymətləri Rusiya ilə Ukrayna arasında hərbi münaqişə başlamazdan əvvəlki səviyyəyə qayıdıb.
“Bir neçə ay ərzində biz Rusiyadan illərdir yaratdığımız enerji asılılığını aradan qaldırdıq”,-o, İspaniyanın El Diario qəzetinə müsahibəsində deyib.

“Biz qiymət artımının son dərəcə stresli mərhələsindən keçdik, lakin onlar müharibədən əvvəlki dəyərlərə qayıtdılar.

Meqavat-saatın qiyməti müharibədən əvvəlki qiymətə qayıdıb, bu, onsuz da çox yüksək idi, çünki müharibədən əvvəl Putin qaz qiymətlərini manipulyasiya edirdi.

Avqustdakı kəskin pik isə daha çox bazarlardakı spekulyativ gərginliklə bağlı olub”, - deyə Avropa diplomatiyasının rəhbəri əlavə edib.

Josep Borrell əlavə edib ki, Aİ-nin enerji bazarındakı gərgin vəziyyəti artıq Rusiya və Ukrayna arasında hərbi münaqişə ilə əlaqələndirmək olmaz. Onun sözlərinə görə, qaz və elektrik enerjisi qiymətlərinin nisbəti Aİ-nin enerji sektorunda struktur problemidir.

2023-cü ilin əvvəlində Aİ-də qazın qiymətləri isti qış, qaz anbarlarının yüksək səviyyədə doldurulması və külək stansiyalarından elektrik enerjisi istehsalının artması səbəbindən ucuzlaşmağa başlayıb.

Yanvarın 17-də qazın qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə olaraq min kubmetr üçün 600 dollardan aşağı düşüb.

Yanvarın 20-də keçirilən hərracda enerji daşıyıcısının dəyəri 12% artaraq min kubmetr üçün 760 dollar təşkil edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti