Tetçerin yerinə kraliçanı “basdırıblar”

Tetçerin yerinə kraliçanı “basdırıblar”
  10 Aprel 2013    Oxunub:1442
Asiya telekanalları Tetçerin yerinə II Yelizaveta və Meril Stripi “basdırıblar”.
Tayvanın və Taylandın xəbər kanalları vəfat etmiş Marqaret Tetçerin yerinə müğənni Şeri “basdıran” Twitter istifadəçilərinin səhvini təkrarlayıblar. Bu dəfə “Dəmir Ledi”ni kraliça II Yelizaveta və aktrisa Meril Striplə səhv salıblar.

Taylandın CTİ Cable kanalında "Marqaret Tetçer iflicdən öldü" başlığıyla kraliça Yelizavetanın xalqı salamladığı şəkli birlikdə yayımlanıb. Sujet bitdikdən sonra rejissor efirə “İngiltərə kraliçası bizi tərk etdi, biz onun üçün darıxacağıq” başlığını verib, aparıcılar isə britaniyalılara və kraliçanın qohumlarına baş sağlığı veriblər.

Sujet həm kral ailəsinin, həm də adi tamaşaçıların etirazlarına səbəb olub.8 aprel axşamı KİV nümayəndələri 2 xanımı bir-birindən ayıra bilmədikləri üçün bütün narazı qalanlardan üzr istəyiblər. Səhvin yer aldığı buraxılış kanalın internet saytından silinib.

Elə həmin axşam Tayvan telestudiyasında Marqaret Tetçerin ölümü Meril Stripin şəkli ilə şərh olunub. Aktrisanın Dəmir ledinin obrazında “ Oskar” mükafatı qazandığı filmdən kadrları nümayiş olunub. 2 dəqiqə ərzində çinli aparıcılar eks baş nazirin həyat yolundan danışıblar. Bu kanalın işçiləri də baş vermiş hadisəyə görə üzr istəyiblər.


Teqlər:  





Xəbər lenti