Ordunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə toplanış keçirilib

Ordunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə toplanış keçirilib
  14 Sentyabr 2024    Oxunub:1000
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin fəaliyyət planına uyğun olaraq, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan Ordusunun qoşun (qüvvə) növü, baş idarə, birlik və birləşmələrinin hüquqşünasları, təhqiqat xidmət (bölmə) rəisləri, təhqiqatçılar və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təlim-metodiki toplanışda çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev cari il ərzində hərbi hissələr üzrə hərbi qulluqçuların hüquq hazırlığının təşkili, hüquqi sənəd layihələrinin hazırlanması və digər tədbirlər haqqında geniş söhbət açıb.
Toplanışda hərbi intizamın daha da möhkəmləndirilməsi, qanun pozuntularına yol verilməməsi, şəxsi heyətə beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyətinin çatdırılması istiqamətində görülən işlərdən danışılıb, bu istiqamətdə qarşıda duran vəzifələr, perspektiv planlar müzakirə edilib.
Həmçinin hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr dinlənilib.
Toplanış iştirakçılarının hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti