ABŞ Aleut adalarına qoşunlar göndərib
Nəşrin yazdığına görə, manevrlərə 130 hərbçi cəlb olunub, təlimlər həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin hərbi bazası və aerodromunun yerləşdiyi Şemya adasında keçirilir. Aleut adalarına yüksək mobil artilleriya raket sistemləri və radar stansiyaları çatdırılıb.
“HIMARS-ın yerləşdirilməsi “güc nümayiş etdirmək” və “çəkindirmə” üçün uzaq məsafəli atəşlərin vacibliyindən xəbər verir”, - Cozef Hilbert vurğulayıb.
Qeyd edək ki, Çinin iştirakı ilə Rusiyanın keçirdiyi “Okean-2024” komanda qərargah təlimi sentyabrın 10-da başlayıb və sentyabrın 16-dək davam edəcək. Manevrlər Sakit və Şimal Buzlu okeanların, Aralıq dənizi, Xəzər və Baltik dənizlərinin sularında aparılır. Manevrlərdə 400-dən çox gəmi, sualtı qayıq və gəmilər, eləcə də 120-dən çox dəniz təyyarəsi və helikopter iştirak edir.
Sahil İsgəndərov
AzVision.az