İran kosmosa tədqiqat peyki göndərib

İran kosmosa tədqiqat peyki göndərib
  14 Sentyabr 2024    Oxunub:1020
Yerli istehsal olan “Çəmran-1” adlı tədqiqat peyki Kaim-100 peyk daşıyıcı raketi ilə orbitə buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Məlumata görə, təxminən 60 kiloqram ağırlığında olan tədqiqat peyki 550 kilometr məsafədə uğurla yerləşdirilib.

Bildirilib ki, İnqilab Keşikçiləri Ordusuna məxsus Kaim-100 adlı bərk yanacaqla işləyən peyk daşıyıcı raket 2022-ci ilin noyabrında suborbital sınaq uçuşunu uğurla başa vurub.

AzVision.az



Teqlər:





Xəbər lenti