Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı
  14 Sentyabr 2024    Oxunub:894
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində meyiti tapılan səkkiz yaşlı Narin Güranın istintaqı ilə bağlı həbs edilənlərin sayı artıb.
Bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl istintaq çərçivəsində Narinin anası Yüksel Güran və qardaşı Enes Güran da daxil olmaqla, 8 nəfər həbs edilmişdi. Daha əvvəl həbs edilən Narinin əmisi Salim Güran və qızın cəsədini gizlədən qonşusu Nevzat Bahtiyar ilə birlikdə iş üzrə həbsdə olanların sayı 10 nəfər təşkil edirdi.

İndi isə Narinin qətli ilə bağlı məhkəmə nəzarəti ilə sərbəst buraxılaraq yenidən nəzarətə alınan 15 yaşlı şübhəli də həbs edilib. Narinin əmisi Salim Güranın işçisi olan R.A. prokurorluqda dindirildikdən sonra bu qərara gəlinib.

Bununla da Narinin qətli ilə bağlı həbsdə olanların sayı 11-ə çatıb.
AzVision.az



Teqlər:





Xəbər lenti