Stoltenberq Moskva ilə dialoqun tərəfdarıdır, amma...
“Təəssüf edirəm ki, NATO və müttəfiqlər Ukraynanın gücləndirilməsi üçün əvvəllər çox iş görməyiblər. Ukrayna Silahlı Qüvvələrinin hərbi təchizatının həcmi və hərbi personalının təlimi məhduddur. Amma o zaman Kiyevin NATO-ya qəbulu ideyası nəzərdən keçirilmirdi”, - blokun rəhbəri deyib.
Maraqlıdır ki, ifrat anti-Rusiya mövqeyi ilə seçilən Yens Stoltenberq, bununla belə, təhlükəsizlik məsələləri barədə Moskva ilə dialoqa çağırıb. O, eyni zamanda, bu dialoqun Ukraynanın gücünə söykənməli olduğunu iddia edib.
- Mən hələ də Rusiya ilə müdafiə və çəkindirmə ilə bağlı dialoqa inanıram. Mənalı dialoq üçün güclü olmalıyıq. İndi bunun üçün çox az imkan var, 2014-cü illə müqayisədə, demək olar ki, yoxdur. Bir şey aydındır: bu müharibəni bitirmək üçün nə vaxtsa Rusiya ilə yenidən dialoqa başlamaq lazımdır. Amma bu, Ukraynanın gücünə əsaslanmalıdır”, - deyən Stoltenberq danışıqların başlanmasının qaçılmaz olduğunu etiraf edib.
Sahil İsgəndərov
AzVision.az