Kadri Simson: "Qlobal artım risk altındadır"

    Kadri Simson: "Qlobal artım risk altındadır"
  03 Fevral 2023    Oxunub:903
"Bu gün apardığımız müzakirə enerji bazarlarının qlobal səviyyədə dəyişməsi şəraitində baş tutur. Qlobal artım risk altındadır. Enerji təhlükəsizliyi isə bizi düşündürən birinci məsələdir".
Bu fikri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

“Bu səbəbdən bu gün Məşvərət şuralarının toplantıları mühüm fürsət hesab olunur. Bu, göstərir ki, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar”.

AzVision.az


Teqlər:





Xəbər lenti