"AZAL ilk dəfə ötən ili mənfəətlə başa vurub" - Vitse-prezident

   "AZAL ilk dəfə ötən ili mənfəətlə başa vurub" -    Vitse-prezident
  23 Fevral 2023    Oxunub:956
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tarixində ilk dəfə olaraq ötən ili ilkin nəticələrə görə beynəlxalq maliyyə standartlarına əsasən xalis mənfəətlə başa vurub.
AzVision.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev deyib.

"2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub", - S. Rzayev bildirib.

Onun sözlərinə görə, hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı ötən il alınan “Airbus A320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.

AzVision.az


Teqlər:





Xəbər lenti