"Trendyol"dan sifarişlərə məhdudiyyət qoyulmayacaq - Rəsmi Açıqlama

   "Trendyol"dan sifarişlərə məhdudiyyət qoyulmayacaq -    Rəsmi Açıqlama
  24 Fevral 2023    Oxunub:1401
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Trendyol"a məhdudiyyət qoyulması barədə fikirlərə aydınlıq gətirib.
Xidmətdən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil.

"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur".
"Trendyol”a heç bir qadağa qoyula bilməz" - Deputat

Qeyd edək ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. O qeyd edib ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Belə qadağanın tətbiqi ediləcəyi xəbəri isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:   Trendyol  





Xəbər lenti