Təqaüdçülərə qarşı soyğunçuluq edənlər ələ keçdi

Təqaüdçülərə qarşı soyğunçuluq edənlər ələ keçdi
  14 Mart 2023    Oxunub:1085
Sumqayıtda təqaüdçülərə qarşı quldurluq və soyğunçuluq edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində ahıl şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar.

Qeyd edilib ki, bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub.

Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti