Azərbaycanlı bəstəkarın qeyri-adi `Nostalji`si - AUDİO

Azərbaycanlı bəstəkarın qeyri-adi `Nostalji`si - AUDİO
  30 May 2014    Oxunub:1605
Bəstəkar Tural Bakuvi "Nostalji" adlı yeni instrumental kompozisiyasını bu gün dinləyicilərinə təqdim edib.
Bəstəkarın AzVision.az-a dediyinə görə, bu dəfə əvvəlki kompozisiyalardan tam fərqli bir formalı, retro-romantik Avropa kompozisiyalarını xatırladan bir bəstə ortaya çıxıb.

Saksafon-Gitara dueti üzərində qurulmuş kompozisiyanın saksafon partiyalarını Fərid Ağayev, gitara partiyalarını müğənni və gitaraçı Rəmal Rəsul ifa edib. Orkestr partiyası isə İsmayıl Əlizadəyə aiddir.

Aranjiman və səsləndirilmə işlərini də Ramal Rəsul həyata keçirib.

`Qeyd edim ki, Rəmal bu kompozisiyada öz ənənəsindən fərqli olaraq, caz üslublu improvizasiyalar həyata keçirib`,- deyə Tural Bakuvi bildirib.

AzVision.az




Teqlər:





Xəbər lenti