Bakı-Xocəsən yolunda baş vermiş yol qəzasında bir nəfər dünyasını dəyişib.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün 00:30-radələrində Bakı-Xocəsən qəsəbəsi yolunun Binəqədi rayonu ərazisindən keçən 1.5-ci km-də, 24 yaşlı sürücü, Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 32 mənzil 4-də yaşayan Zeynalov Əzəmət Manaf oğlu idarə etdiyi "VAZ 2107" markalı 90-XN-107 dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən 1981-ci il təvəllüdlü, Beyləqan rayonunda anadan olan, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşayan piyada Əliyev Elnur Vaqif oğlunu vurub.
Nəticədə piyada E.Əliyev almış olduğu xəsarətlərdən hadisə yerindəcə keçinib.