İlham pərisi çürük alma olan yazıçı – QƏRİBƏ VƏRDİŞLƏR

İlham pərisi çürük alma olan yazıçı – QƏRİBƏ VƏRDİŞLƏR
  31 May 2014    Oxunub:1510
Memarların, rəssamların, bəstəkarların, şair və yazıçıların qəribə vərdişlərinin toplandığı kitab çap olunub.
AzVision.az xəbər verir ki, “Daily rituals” (Gündəlik vərdişlər) adlı kitabın müəllifi Meyson Kerridir. Kitabdan bəzi qeydləri təqdim edirik.

Fridrix Şiller yazı stolunun çəkməcəsində çürük alma saxlayırdı. Çünki alma çürüntüsünün qoxusu ona ilham verirdi.

Fransız yazıçısı və filosofu Volter divanda oturub yazmağı sevirdi.

Şotland yazıçı Bosuel öz yatağına çox bağlı idi və həddindən artıq yatmamaq üçün yatağın üzərində onu dürtmələyən mexanizm düzəltmişdi.

Yatağından ayrılmayan yazıçılar cərgəsində Qustav Flebor və Skot Fittsceraldın da adı çəkilir.

Amerikalı rəssam Cekson Polok gün ərzində 12 saat yatmağı sevirdi.

Kitabda həmçinin qeyd olunur ki, bir çox məşhur dinclik tapmaq üçün narkotik vasitələrə əl atırdı. Məsələn, Frensis Bekon bundan çox istifadə edirdi.

Kitabın müəllifi Kerri yazır ki, yazıçı Balzakın gün ərzində 50 fincan qəhvə içdiyi iddia edilir. Bəstəkar Bethoven isə içdiyi qəhvənin hər fincanında 50 qəhvə dənəsi olmağına çox əhəmiyyət verirdi.

Fransız bəstəkar və pianoçu Erik Satie yumurtanı həddindən artıq çox sevirdi. Belə ki, bəstəkar bir dəfə 30 yumurtadan bişirilmiş omlet yemişdi.

“Daily Rituals”da çox ləng yazan yazıçılarla (Qertrud Steyn gün ərzində cəmi yarım saat yazıya vaxt ayırırdı) yanaşı, həddindən çox yazan yazıçılara (Uilyam Folkner bir oturuşda 10 min söz yazmaqla öz şəxsi rekordunu qırmışdı) yer verib.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti