"Bayram günlərində 80 nəfər xilas edilib" - FHN

"Bayram günlərində 80 nəfər xilas edilib" -  FHN
  03 İyul 2023    Oxunub:871
Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən qeyri-iş günləri ərzində ümumilikdə 482 yanğına çıxış, 57 köməksiz vəziyyətdə qalma faktı və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 80 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb, yanğın zamanı 5-i azyaşlı olmaqla 16 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı 7 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti