“Aztelekom”dan 2 şəxsin həbs edilməsinə rəsmi reaksiya

   “Aztelekom”dan 2 şəxsin həbs edilməsinə  rəsmi reaksiya
  10 Avqust 2023    Oxunub:1474
Hüquq-mühafizə orqanları tərəfindən “Aztelekom” MMC-də iki şəxsin həbs edilməsi barədə müxtəlif kütləvi informasiya vasitələrində yayılan məlumatlara rəsmi münasibət bildirilib.
“Aztelekom” MMC-dən AzVision.az -a bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb.

“Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır. Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, qurumun məlumatında deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti