Pakistan Hindistanın 12 PUA-sını sıradan çıxarıb

   Pakistan Hindistanın 12 PUA-sını sıradan çıxarıb
  08 May 2025    Oxunub:396
Pakistan Silahlı Qüvvələri gecə saatlarından etibarən Hindistan Ordusu tərəfindən atılan 12 "Harop" silahlı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini bildirib.
Bu barədə Pakistan Ordusunun mətbuat xidmətinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri yerli mətbuata açıqlama verib. O diqqətə çatdırıb ki, Pakistan Silahlı Qüvvələri Hindistanın istənilən hərbi təcavüz aktına qarşı yüksək döyüş hazırlığı və sayıqlıq vəziyyətindədir.
Tramp Pakistan və Hindistana kömək etmək istəyir - VİDEO

Xatırladaq ki, aprelin 22-də iki ölkə arasında münasibətlər Pakistanın Pahalqam şəhərində 25 hindli və bir nepallının ölməsi ilə nəticələnən terror aktı fonunda gərginləşib. Mayın 6-da Hindistanın Pakistana raket zərbələri endirməyə başlaması ilə vəziyyət hərbi toqquşmaya çevrilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Pakistan   Hindistan   münaqişə  





Xəbər lenti