Çin alimləri: Pivə pendir və qatıqdan daha faydalıdır

   Çin alimləri:    Pivə pendir və qatıqdan daha faydalıdır
  11 Sentyabr 2023    Oxunub:2066
Çinin Dalian Tibb Universitetinin alimləri pivənin sağlamlığa faydasını aşkarlayıblar.
Məlum olub ki, bu məstedici içkinin tərkibində qatıq, pendir, kefir və digər fermentləşdirilmiş süd məhsullarından daha faydalı mikroelementlər var. Araşdırma "Frontiers in Nutrition" elmi jurnalında dərc olunub.

Mütəxəssislər köpüyün tərkibini qiymətləndiriblər. Araşdırmalar zamanı müəyyən edilib ki, köpükdə olan polifenollar, lif və etanol immunitet sistemini gücləndirmək üçün əsas rol oynayır.

Xüsusilə polifenollar dəyərli rol oynayırlar. Çünki onlar prebiyotik xüsusiyyətlərə malik güclü antioksidanlardır. Polifenollar həzm sistemində faydalı mikroorqanizmlərin çoxalması üçün mühit yaradır, laktobakteriyaların və bifidobakteriyaların inkişafına kömək edirlər. Tədqiqatçıların fikrincə, alkoqolsuz pivə tərkibində etil spirti olmadığı üçün adi pivədən daha xeyirlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Pivə  





Xəbər lenti