Stalinin Moskvadakı malikanəsi hərraca çıxarılır

 Stalinin Moskvadakı malikanəsi hərraca çıxarılır
  15 Sentyabr 2023    Oxunub:1755
Ötən əsrin 30-cu illərində İosif Stalinin Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda yaşadığı "Lipki-Alekseevskoye" malikanəsi hərraca çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Malikanənin başlanğıc qiyməti 403,5 milyon rubl təşkil edir. Hərracda iştirak etmək üçün ərizələr oktyabrın 30-dək qəbul ediləcək. Hərrac isə noyabrın 3-nə təyin edilib.

Bildirilir ki, satışa həmçinin təxminən 38 hektar ərazinin və ümumi sahəsi 3,8 min kvadratmetr olan daşınmaz əmlakın icarəsi daxildir.

Qeyd edək ki, İosif Stalin sözügedən malikanədə 1932-1934-cü illərdə yaşayıb. Sonrakı onilliklərdə obyekt dövlət daçası kimi istifadə edilib. 1989-cu ildə isə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşdirilib. 2004-cü ildə malikanə yenidənqurma işləri üçün qapadıldı və daha sonra "Dom.RF"-nin ixtiyarına verildi.
Tural Tağıyev
AzVision.az



Teqlər: Stalin  





Xəbər lenti