Balıq yedi, əl və ayaqlarını amputasiya etdilər

Balıq yedi, əl və ayaqlarını  amputasiya etdilər
  18 Sentyabr 2023    Oxunub:1810
Amerikada qadın təhlükəli bakteriyalarla zəngin balıq yedikdən sonra əl və ayaqlarını itirib.
AzVision.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Qeyd edilir ki, 40 yaşlı Laura Barajas ağır vəziyyətdə Kaliforniya xəstəxanasına yerləşdirilib. Məlum olub ki, onda tilapiya balığı yedikdən sonra sepsis yaranıb.

“Qadın komaya düşüb, əl və ayaq barmaqları və dodaqları qaralıb, böyrəkləri isə sıradan çıxıb”, - xəstənin yaxın dostu deyib.

Bundan sonra həkimlər onun əzalarını amputasiya etməli olublar. Çünki ekspertlər qadının şam yeməyində yediyi balıqda "Vibrio Vulnificus" kimi tanınan təhlükəli bakteriyanın olduğunu aşkar ediblər.

Qeyd edək ki, bu mikroorqanizmlər mədə-bağırsaq traktının pozğunluqlarına səbəb olur və əgər balıq lazımi dərəcədə istilikdə bişirilmirsə, vibrionlar bədəndə sürətlə çoxalmağa başlayır. Bu isə sepsisin inkişafına səbəb olur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Balıq   Amputasiya  





Xəbər lenti