Bakının balkon problemi - VİDEO

Memar Aytəkin İmranovanın sözlərinə görə, bina layihələndirilən zaman bütün konstruksiyalar ölçülərək, üzərinə düşəcək ağırlıq hesablanır: “Qanunsuz olaraq tikiliyə edilən müdaxilə isə həm binanın ömrünü azaldır, həm də ərazidə yaşayanlar üçün təhlükə yaradır”.
Mənzil darısqallığı səbəbindən vətəndaşın özbaşına mənzilinə əlavə eyvan artırması qanunsuz hesab olunur.
Ekspertlər hesab edirlər ki, ancaq zəruri və razılıq əsasında bunu həyata keçirmək mümkündür. Vətəndaş tərəfindən yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq rayon icra hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən razılıq və mütləq memar rəyi olmalıdır. Əgər tikiliyə edilmiş əlavə və dəyişiklik yüksək elektrik xəttlərinə maneə törədirsə, bu zaman qanunsuz tikiliyə cavabdeh şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bundan əlavə tikili və şəhərsalma qaydalarını pozarsa, tikinti sahibi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşımalıdır.