Azərbaycanda zabit güllələndi

Azərbaycanda zabit güllələndi
  16 İyun 2014    Oxunub:1026
Bu səhər Bakının Pirallahı rayonunda leytenant gicgahından yaralanıb.
Hadisə Türkan-Hövsan yolunda yerləşən N saylı hərbi hissədə, hərbi gəmilərdən birində baş verib. Hərbçi Nicat Rüstəmov gicgah nahiyyəsindən güllə yarası alıb.

Yaralı hospitala aparılıb. Hələlik hadisə ilə bağlı rəsmi qurumlardan açıqlama verilməyib. (Ans)

***

Gicgahından güllə yarası alan zabitin vəziyyəti kritikdir. ANS PRESS-in əldə etdiyi məlumata görə, yaralı zabit Dövlət Sərhəd Xidmətinin leytenantıdır. Hazırda yaralı zabit Nicat Rüstəmov Neyrocərrahiyyə İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, xəstəxanaya gətirilən zaman qəlpə zabitin başından çıxıbmış. Hazırda xəstə reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub.

Həkimlər zabiti həyatda saxlamaq üçün əllərindən gələni edirlər.


Teqlər:  





Xəbər lenti