Şəhid çavuş dəfn edildi - VİDEO

Yaxınları Səməndər Kərimovun hərbi xidməti başa vurmasına 15 gün qaldığını deyirlər. S.Kərimov Tərtərin işğal altında olan Çiləbürt kəndindən açılan snayper atəşi nəticəsində həlak olub. Çavuş postda döyüş növbəsini apararkən düşmənin açdığı snayper atəşi nəticəsində başından vurulub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Teqlər: