Prezident nazir və müxalifət lideri ilə görüşdü

Prezident nazir və müxalifət lideri ilə görüşdü
  17 İyun 2014    Oxunub:1809
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Yunanıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, enerji, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Yunanıstana dövlət səfəri çərçivəsində bu ölkənin parlamentində əsas müxalifət olan Demokratik Solçular Birliyinin lideri Aleksis Tsipras ilə görüşüb.

Görüşdə Azərbaycan-Yunanıstan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti