Millət vəkilinə qarşı təxribat

Vətəndaş Həmrəyliyi Partiyası mətbuat katibliyi bildirir ki, Vhpress.az-dan istifadə edilərək həyata keçirilən bu çirkin niyyətin qarşısını almaq üçün artıq saytın fəaliyyəti dayandırılıb və mütəxəsislər bu problemi aradan qaldırmayana qədər sayt fəaliyyət göstərməyəcək: “İctimai-siyasi xadimlərdən və sosial şəbəkə istifadəçilərindən isə xahiş edirik ki, VHP sədri və ya funksionerləri adından sizə göndərilən hər hansı linkə daxil olmayın və belə bir bildiriş aldığınız təqdirdə, dərhal təhlükəsizlik tədbirlərini həyata keçirin”.