Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək
  17 İyun 2014    Oxunub:1176
İyunun 23-də təhsil naziri Mikayıl Cabbarov Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan sakinləri qəbul edəcək.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 17, 18, 19 və 20 iyun tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Qeyd edək ki, vətəndaşların qəbulu 23 iyun saat 11:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində baş tutacaq.


Teqlər:





Xəbər lenti