Sərdar Cəlaloğlu həbsdəki qardaşı ilə maraqlanmır

Sərdar Cəlaloğlu həbsdəki qardaşı ilə maraqlanmır
  17 İyun 2014    Oxunub:2284
“Qurban Məmmədovla elə münasibətimiz yoxdur ki, həbsxanaya yanına gedim”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədov haqda danışarkən bildirib.

Partiya sədri qardaşı ilə eləcə də onun ailəsi ilə maraqlanmadığını gizlətməyib.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlunun qardaşı, vəkil Qurban Məmmədov ötən ilin dekabrında yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti