Bir nəfər batdı, ikisi xilas edildi

Bir nəfər batdı, ikisi xilas edildi
  17 İyun 2014    Oxunub:1334
Bakıda bir nəfər dənizdə batıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xəzər rayonunda “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində və Qaradağ rayonunda “Lökbatan” sularda xilasetmə məntəqəsinin ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Digər hadisə isə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Əli Ramin oğlu Səlimov batıb. Ə.Səlimovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti