Elmar Vəliyevdən səfirə hədiyyə - FOTO

Görüşdə səfir Rafael Harpaz çıxış edərək Azərbaycanın İsrail üçün dost ölkə olduğunu diqqətə çatdırıb və deyib ki, təmsil etdiyi ölkə sürətlə inkişaf edən Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə hər zaman hazırdır. Hazırda Azərbaycanda 30 min nəfərə yaxın yəhudinin yaşadığını bildirən səfir bunlardan bir qisminin Gəncədə olduğunu diqqətə çatdırmış və onların normal həyatı üçün burada hər cür şərait yaradıldığını qeyd edib.
Səfir Rafael Harpaz Gəncəyə səfərinin məqsədini açıqlayarkən bildirib ki, İsrail dövləti bir çox sahələr üzrə Azərbaycanla əməkdaşlıq edir. Xüsusilə kənd təsərrüfatı, səhiyyə və elmin digər sahələri üzrə qurulan əməkdaşlıq bu gün hər iki dövlət üçün böyük səmərə verir. Qərb bölgəsinin mərkəzi sayılan Gəncədə də bu əlaqələrin qurulması üçün geniş imkanlar vardır.
Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunarkən demişdir ki, bu işdə İsrail dövlətinin mövqeyi hər kəsə məlumdur. Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.
Görüşün sonunda səfirə dahi Azərbaycan şairi Nizami Gəncəvinin ingilis dilində çap edilmiş şer və qəzəllər kitabı, eləcə də digər xatirə hədiyyələri təqdim olunub.
Səfir Rafael Harpaz daha sonra Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının konfrans zalında yahudi icmasının üzvləri ilə görüşüb.
Teqlər: