Şamaxıda QHT-lərlə bağlı konfrans

Şamaxıda QHT-lərlə bağlı konfrans
  18 İyun 2014    Oxunub:830
Şura Şamaxıda “QHT-lərin müsbət təcrübəsinin təbliği” mövzusunda konfrans keçirib
AzVision.az-a daxil olan məlumatda bildirilir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şamaxı şəhərində “QHT-lərin müsbət təcrübəsinin təbliği” mövzusunda konfrans keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan toplantıda rayon ictimaiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. Konfransda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirin sonunda Fərasət Qurbanov konfrans içtirakçılarının çoxsaylı suallarını cavablandırıb.


Teqlər:





Xəbər lenti