Prezident konqres rəhbəri ilə görüşdü

Dövlət başçısı təkcə paytaxtda deyil, respublikanın ayrı-ayrı regionlarında sürətli inkişafın getdiyini bildirdi. Prezident İlham Əliyev ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramının qəbul olunduğunu və uğurla icra edildiyini dedi.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin inkişafı, ölkəmizin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.