FHN Gəncəyə yardım edir - Elmar Vəliyev

FHN Gəncəyə yardım edir - Elmar Vəliyev
  19 İyun 2014    Oxunub:1030
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevvətəndaşların problemlərinin həlli ilə bağlı növbəti qəbulunu keçirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı YAP şəhər təşkilatının qərargahında vətəndaşların növbəti qəbulunu keçirib. 100 nəfərdən artıq vətəndaşın iştirak etdiyi qəbuldan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək iyunun 10-da baş vermiş təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması ilə bağlı görülən işlərdən danışıb.

Qeyd edib ki, təbii fəlakət baş verən zaman ölkə başçısı İlham Əliyev hadisəni dərhal nəzarətə götürüb, hər bir vətəndaşa dəyən ziyanın təcili olaraq aradan qaldırılması üçün tədbirlər görülməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Dövlət başçısının tapşırığına uyğun olaraq qısa vaxt ərzində 300-dən artıq çoxmərtəbəli, 500-dən artıq fərdi binaya dəyən ziyanın məbləği müəyyənləşdirilərək təmir-bərpa işlərinə başlanılıb. 11 hündürmərtəbəli bina isə qəza vəziyyətinə düşmüşdür ki, onların da sakinlərinin müvəqqəti olaraq müxtəlif yerlərə köçürülməsi təmin edilir. Hazırda 24 çoxmərtəbəli, 30 fərdi binada bərpa işləri sürətlə davam etdirilir. Təmir-bərpa işlərində heç bir problem yoxdur və dövlət qurumları, eləcə də Fövqəladə Hallar Nazirliyi bu işdə Gəncəyə hər cür yardım göstərir.


Teqlər:





Xəbər lenti