Azərbaycanda daha bir attraksion faciəsi - FOTO

Xəstənin sınıq qoluna ayağından damar köçürülüb.
Əməliyyatı həyata keçirən həkim Mirəli Məcidov deyir ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi işləyib, ondan aşağı dövran etmədiyi üçün balacanı yenidən əməliyyata almalı olub.
"6 yaşlı bir xəstə üçün damarların ölçüsü kiçik olduğundan biz süni damardan istifadə edə bilmədik,ona görə öz damarından istifadə edərək yuxarı ətrafın qan dövranını düzəltdik. Təbii ki, texniki baxımdan riskli müdaxilə idi. Xəstənin qolunu itirmə təhlükəsi var idi. Azyaşlı hazırda palataya köçürülüb.
Bu riskli müdaxilə zamanı kiçik bir texniki səhvin hətta azyaşlının qolunu itirməsinə belə səbəb ola biləcəyini deyən həkim ikinci əməliyyatın gecə saat 12-də baş tutduğunu və uğurla başa çatdığını bildirdi. Hazırda palataya köçürülən balacanın qolu sarğıdadır və onun əməliyyatında iştirak edən həkimlər xəstəni daim nəzarət altında saxlayırlar. Xəstəxananın travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli isə deyir ki, müdaxilə olmasaydı, uşağın qolu dirsəkdən aşağı kəsiləcəkdi.
"Saatlarında qrup şəklində çalaşıraq anestezolq, tibb bacıları və həkimlərlə birgə əməliyyatı bitirdik. İndi xəstənin vəziyyəti qənatəbəxşdir. 2-3 gün də burda müşahidələrimiz altında qalacaq. Daha sonra evə yazacağıq", - deyə Cəfər Nəsirli bildirib.