“Kiməsə böhtan atmaq olmaz” - Mübariz Qurbanlı

“Kiməsə böhtan atmaq olmaz” - Mübariz Qurbanlı
  19 İyun 2014    Oxunub:1444
“Bəzi informasiya saytları insanlar haqda əsassız yazılara yer verirlər. Bu, düzgün deyil, hamı qanun qarşısında bərabərdir və heç kəsin şəxsiyyətinə böhtan atmaq olmaz”.
AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

YAP-ın saytına müsahinbə verən M.Qurbanlı Azərbaycanda insan haqlarının pozulması haqda qərəzli informasiyalar yayan beynəlxalq təşkilatları tənqid edib.

Deputat bildirib ki, insan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin başlıca prinsiplərindəndir.

“Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addmlar atılır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. Eyni zamanda, digər hüquqi sənədlər, müvafiq dövlət qurumlarının fəaliyyəti bu hüquqların təmin edir.
Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzv kimi əməkdaşlıq edirik. İnsan hüquqlarının yüksək səviyyədə təminatı dövlətimizin tutduğu yolun əsas tərkib hissəsidir. Azərbaycan azad və demokratik dövlətdir”.

M.Qurbanlı həmçinin qeyd edib ki, Azərbaycanda internet azadlığı, sərbəst toplaşmaq azadlığı tam mövcuddur, insan haqları yüksək səviyyədə təmin olunub. “Amma bu amillərdən sui-istifadə halları da yolverilməzdir. Bu demokratik şəraitdən istifadə edərək yeni media qurumları, internet saytları və s. yaradılır. Bəzi informasiya saytları isə insanlar haqqında əsassız yazılara yer verirlər. Bu, düzgün deyil, hamı qanun qarşısındla bərabərdir və hes kəsin şəxsiyyətinə böhtan atmaq olmaz. Bəzi beynəlxalq QHT-lər və onların nümayəndələri kimlərinsə qanunsuzluğunu «demokratiya» hesab edirlərsə, yanılırlar. Hüquqi dövlətdə qanunun aliliyi başlıca yer tutur və Azərbaycan dövləti də qanunun aliliyinin təmin olunmasını başlıca vəzifəsi hesab edir”-deyə YAP rəsmisi qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti