Nazir hüquq-mühafizə orqanlarına şikayət etdi

Ümumilikdə, 47 iş üzrə 97210 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 966445.7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 190 iş üzrə 40290.41 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına isə 18 iş göndərilib.