Müəllimlər imtahan zamanı səhvə yol veriblər

Müəllimlər imtahan zamanı səhvə yol veriblər
  20 İyun 2014    Oxunub:1228
Müəllimlər cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında səhv ediblər.
AzVision.az-a bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Sınaq qiymətləndirilməsində iştirak edən bir qism müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngidib.

Hazırda nəticələrin emalı prosesi yekunlaşıb və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur.

Qeyd edək ki, Sınaq Qiymətləndirilməsinin nəticələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yaradılacaq bölmədə yerləşdirilməsi qərarı alınıb. Müəllimlər nəticələri ilə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış ola bilərlər.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti