Bakıda polisi döydülər - VİDEO

AzVision.az aznews.az-a istinadən xəbər verir ki, avtomobil yolunun qadağan olunmuş hissəsindən keçmək istəyən piyada YPX əməkdaşının xəbərdarlığına yumruq zərbəsi ilə cavab verib. Bundan sonra münaqişə böyüyüb, ətrafdakı vətəndaşlar davaya müdaxilə ediblər. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Uzun mübahisədən sonra YPX əməkdaşını yumruqlayan şəxs polis bölməsinə aparılıb.
AzVision.az