Azərbaycanlı “vor zakon” necə ələ keçdi? - TƏFƏRRÜAT

Azərbaycanlı “vor zakon” necə ələ keçdi? - TƏFƏRRÜAT
  20 İyun 2014    Oxunub:1602
Türkiyənin Ədirnə şəhərində mafiya qarşıdurması zamanı polisi öldürən azərbaycanlı “vor zakon” Mahir Şükürovun İstanbulda saxlanılmasının detalları açıqlanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışmadan sonra qaçan Mahir Şükürovu polis nəzarətə götürür. Mahir Şükürovun telefon danışığına qulaq asan polis onun pizza sifariş etdiyini öyrənir.

Bundan sonra pizza kuryeri cildinə girən polis əməkdaşı Mahir Şükürovun qaldığı evə gələrək onu həbs edib.

20 mərtəbəli binanın 14-cü mərtəbəsində gizlənən 36 yaşlı Mahir Şükürov ilk ifadəsində polisi qəsdən öldürmədiyini, hadisənin təsadüfən baş verdiyini deyib.

Qeyd edək ki, iyunun 9-da Ədirnədə azərbaycanlı və rus mafia üzvləri arasında baş verən silahlı qarşıdurmada 33 yaşlı polis işçisi Hüseyn İrmaq şəhid olmuşdu. Hadisədən sonra polis 15 nəfəri saxlamış, Mahir Şükürov isə qaçmışdı.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti