Tovuzdan ziddiyətli açıqlama: “Uşaq yaralanmayıb”

“İki qadın yaralanıb. Bunlardan birinin 72 yaşı, digərinin isə 45 yaşı var. Xəsarət alanlar arasında uşaq yoxdur. Hazırda hər iki qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti yaxşıdır”.
İcra hakimiyyəti 5 yaşlı uşağın yaralanmadığını bildirsə də yerli sakinlər bunu təkzib edirlər.
Qeyd edək ki, Türkel TV (TTV) xəbər verir ki, Əlibəylidə atışmada yaralanan daha 2 nəfər kənd sakinləri 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan Nağıyeva hazırda Tovuz şəhər Xəstəxanasındadırlar. Onlar səhər saatlarında yaralanaraq xəstəxanaya çatdırılıblar. Hazırda onların vəziyyəti stabildir.
Nihadə Eyyubova