Boğazda xroniki ağrı xərçəng əlaməti ola bilər

Boğazda xroniki ağrı xərçəng əlaməti ola bilər
  17 Yanvar 2024    Oxunub:1802
Baş və boyunda bədxassəli şişlərin öyrənilməsində ixtisaslaşan onkoloq Maykl Honun fikrincə, ağız boşluğunun selikli qişasının rənginin dəyişməsi və şişməsi, xoraların əmələ gəlməsi, xroniki öskürək və dişlərin laxlaması xərçəngin inkişafının əlamətləri ola bilər.
AzVision.az xəbər verir ki, həkim ağız boşluğu xərçənginin ən geniş yayılmış əlamətinin üç həftə ərzində sağalmayan xoralar olduğunu bildirir. Onlar badamcıqlarda, dilin kökündə, yumşaq damaqda və boğazın arxa hissəsində əmələ gələ bilər. Xoralara insan papilloması virusu da səbəb ola bilər. Ağız və ya çənə ətrafında izahedilməz ağrılı kiçik şişlər də xərçəngin inkişafından xəbər verə bilər. Şişlər bəzən dilin səthində, dodaqda və ya damaqda əmələ gəlir.




Bundan başqa, xərçəng əlamətləri qırmızı və ağ ləkələr kimi də özünü büruzə verir. Ağ ləkələrin yaranması leykoplakiya, qırmızılar – eritroplakiya adlanır. Onlar ağız gəlməsi (süd yarası) adlanan göbələk infeksiyasının əlaməti də ola bilər.



Bədxassəli şişlərin inkişafının digər qeyri-aşkar əlaməti dişlərin laxlaması ola bilər. Ağızın selikli qişasının iltihabı damaq toxumasının şişməsinə və boşluğuna gətirib çıxara bilər. O, dişlərin səthinə sıx yapışmadığına görə dişlər laxlayır.



Boğazda xroniki ağrı, öskürək və səsdə dəyişmələr zamanı otolarinqoloqa müraciət etmək məsləhət görülür. Xroniki öskürək dedikdə, onun altı həftədən artıq davam etməsi nəzərdə tutulur. Ağız boşluğunda şişlərin inkişafı müəyyən sözləri tələffüz etməyi çətinləşdirə və ya səsi bir qədər fısıltılı və nitqi anlaşılmaz edə bilər. (modern)


Teqlər:





Xəbər lenti