Brent markalı neftin qiyməti cuzi artıb

Brent markalı neftin qiyməti cuzi artıb
  04 Mart 2024    Oxunub:858
Bəzi OPEC+ ölkələrinin neft hasilatını ikinci rübədək azaltmaq uzatmaq qərarından sonra Londonun ICE birjasında Brent markalı neftin may ayı üçün fyuçerslərinin qiyməti cuzi artıb.
AzVision.az xəbər verir ki, Brent markalı neftin qiyməti martın 1-in bağlanışı ilə müqayisədə 0,44% artaraq bir barel üçün 83,93 dollar təşkil edib.

Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 0,11% artaraq bir barel üçün 79,98 dollar olub.

Qeyd edək ki, martın 3-də bir sıra OPEC+ ölkələri, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına dair ilkin razılığı 2024-cü ilin ikinci rübünə qədər uzadıldığını elan ediblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti