“Azeri Light” markalı neft ucuzlaşıb

   “Azeri Light” markalı neft ucuzlaşıb
  06 Mart 2024    Oxunub:904
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,93% azalaraq 87,57 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti